Kəbini necə geri oxudurlar?
Sual:
Salam Aleykum.Kebini nece geri oxudurlar.Birde kiwi qadinla kebin kesdirmek isteyirse buna iwle bagli vaxti yoxdursa,kebini qadin kesdire biler?
Cavab:
Aleykum salam. Dinimizə görə kəbini geri oxutmaq anlayışı yoxdur. Kəbinin pozulması, yəni boşanma ərin öz zövcəsinə "səni boşadım" və ya bu mənada olan sözlər deməsi ilə baş verir. Dinimizə görə kəbin yalnız ərin razılığı ilə pozula bilər. Qadının kişinin izni olmadan nikahı pozdurmağa haqqı çatmır. Boşanmanın xüsusi qaydaları və əhkamları vardır. Bu barədə daha ətraflı bu linkdən oxuyun:
Kəbin kəsdirərkən kişinin, qadının vəlisinin (atası, qardaşı, əmisi və s.) və iki şahidin şəxsən iştirakı vacib şərtdir. Əgər müəyyən səbəblərdən kişi və ya vəli özləri nikahda iştirak edə bilmirlərsə, bu halda öz yerlərinə bir kişini müvəkkil edə bilərlər (ona bu səlahiyyəti həvalə edə bilərlər). Nikahın kəsilməsi barədə daha ətraflı bu linkdən oxuyun: