Namaz qılmıram, lakin çoxlu zikr və istiğfar edirəm...
Əssələmu aleykum. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, Uca Allahın Qiyamət günü qulundan soruşacağı ilk əməl namaz olacaq. Əgər namazları qaydasında olarsa, əməlləri barədə sorğu-sualı da asan olacaq. Əgər namazları qaydasında olmayacaqsa, sorğu-sualı çətin olacaq. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkilən namaz olacaqdır. Əgər namazları qaydasında olarsa nicat tapacaqdır. Yox əgər namazları qaydasında olmasa ziyana uğrayacaq və həlak olacaq". (Əbu Davud, 864; ət-Tirmizi, 413). Həmçinin bilin ki, insan nə qədər zikr və istiğfar etsə də bu namazı əvəz etmir. Bu səbəbdən ilk olaraq namaza başlamalısınız. Namaz qılmaq heç də çətin ibadət deyildir. Xəstəlik təhlükəsi olduqda və ya su tapmadıqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə namaz uzanaraq qılınır. Bütün bunlar Uca Allahın Öz lütfü ilə bizə dini asanlaşdırmasıdır. Uca Allah buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir". (əl-Bəqərə, 185). Başqa bir ayədə buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286).
Namaza başlamağa mane olan şübhələr...
Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?
Namaz qılmaq istəyirəm, amma şəraitim yoxdur