Dəstəmaz alarkən əzaları üç dəfədən artıq yumaq olarmı?

    09.06.2020
Kimdən: 
Elşən Orucov
Sual: 
Əssəlam aleykum dəstamaz əzaları,məsələn burun 3 dəfəyə təmizlənməsə 4 cü dəfə tamizləmək caizdirmi?
Cavab: 

Aleykum salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə müstəhəbdir. Ağız və burun da üzdən hesab olunduğu üçün ağıza və buruna su alıb qaytarmaq vacibdir. Başa isə bir dəfə məsh çəkilir. Dəstəmaz əzalarını üç dəfədən artıq yumaq isə düzgün deyil. Hədisdə rəvayət olunur ki, bir bədəvi ərəb Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək ondan dəstəmaz almağın qaydası barədə soruşdu. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dəstəmaz alaraq ona dəstəmaz əzalarının üç dəfə yuyulduğunu göstərdi. Sonra dedi: "Dəstəmaz belə alınır. Kim buna əlavə edərsə, artıq pis bir iş tutmuş, həddi aşmış və zülm etmişdir". (Əbu Davud, 135; ən-Nəsai, 140; İmam Əhməd, 6684). Dəstəmaz əzalarını üçdən artıq yumaq bəyənilməyən əməl olsa da bunu edən şəxsin dəstəmazı batil olmur. Bu səbəbdən çalışmaq lazımdır ki, dəstəmaz alarkən əzaları üç dəfədən artıq yumayasan. 
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO
Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır?

Teqlər: 
Paylaş: