Cin insanı sevə bilərmi?
Aleykum salam.
1) Əvvəla bunu qeyd edək ki, baxıcıya getmək və onun dediyini təsdiqləmək dinimizdə qadağandır və bu böyük günahdır, hətta bəzi hallarda küfr sayıla bilər. Daha ətraflı:
Baxıcıya getmək olarmı?
Fala inanmadığım halda qohumumla falçıya getməyim günah sayılırmı?
Adətən baxıcıların dedikləri yalan olur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) baxıcıya gedib onun dediyini təsdiqləməyi qadağan edərək buyurur: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117). Bir cinin insana vurulması qeybi məsələdir və bunu Allahdan başqa heç kəs bilə bilməz. Bu səbəbdən baxıcının dediklərini təsdiqləməyin. Şeytanlardan qorunmağın ən düzgün yolu şəriətin buyurduğu kimi Quran ayələri və dualar oxumaqdır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
2) Dinimizidə "vəhhabilik" deyilən bir təriqət yoxdur. Bu, dini məlumatı olmayanların haqq yolunda olanlara dedikləri sözdür. Sünnə sözünün mənası yol deməkdir. Əhli-Sünnə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolu ilə gedənlərdir. Sadəcə bəzi batil firqələr insanları haqdan yayındırmaq üçün ya qərəzli şəkildə, ya da məlumatsızlıqdan doğru yolda olanlara müxtəlif adlar qoyurlar. Daha ətraflı:
Hansı məzhəb düzgündür?
Vəhhabi kimlərdir?
"Əhli Sünnə vəl-Cəmaat" əqidəsi nə deməkdir?