Namaz qılmaq istəsəm də bunu edə bilmirəm, nə etməliyəm?

    17.06.2020
Sual: 
Salam, men namaz qilmaq istiyirem amma ne qeder etsemde eleye bilmirem men ne etmeliyem? Tesekur edirem
Cavab: 
Aleykum salam. Əvvəla bilməlisiniz ki, namaza başlamaq istəyən hər bir insana şeytan namaz qılmağı çətin bir əməl və yerinə yetirə bilməyəcəyi bir məsuliyyət kimi göstərir. Əslində isə belə deyil, Uca Allah bizə müəyyən ibadətləri buyurmaqla Öz qullarını çətinliyə salmaq istəmir. Uca Allah buyurur: "O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı". (əl-Həcc, 78). Şeytan isə insanlara Allahın dinini çətin göstərməklə onları Allahın yolundan sapdırmaq istəyir. Əksinə şeytan insanlara günahları gözəl göstərərk onlara uzun ömür vəd edir. Halbuki, ömür çox qısadır və heç kəs nə zaman və harada öləcəyini bilməz. Uca Allah buyurur: "Özlərinə hidayət yolu bəlli olduq­dan sonra haqdan dönüb geriyə üz tu­tan kimsələrə şeytan günah iş­ləri gözəl göstərmiş və onlara uzun ömür vəd etmişdir". (Muhəmməd, 25). Həmçinin buyurur: "Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz". (Loğman, 34). 
Namaz qılmaq çətin və çox vaxt aparan bir ibadət deyil. Ən uzun namaz (dördrükətli Zöhr və ya Əsr namazları) 5 dəqiqə çəkir. Bütün namazları (5 vaxt namazları) cəm etsək, 30 dəqiqədən çox vaxt aparmır. Namaz insanı həm ruhən, həm də cismən təmizləyir, insanı pis və yaramaz işlərdən uzaqlaşdırır. Namaz qılan insan namazı ilə Uca Allah qarşısında acizliyini və Ona möhtac olduğunu ifadə edir. Qul namazı ilə Rəbbinə səslənir, nemətlərinə görə şükr edir, çətinliyə düşdükdə isə Ona dua edir və yardım istəyir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sə­bir etmək və namaz qılmaqla Allah­dan kömək di­ləyin. Həqi­qətən, Allah səbir edənlərlə­dir!" (əl-Bəqərə, 153). Əgər siz namaza başlasanız, dünya işlərinizn də qaydaya düşəcəyinin və dualarınızın qəbul buyurulduğunun şahidi olacaqsınız. Uca Allah buyurur: "Qullarım səndən Mə­nim barəm­də soruşsalar, sözsüz ki, Mən on­lara ya­xı­nam, Mənə yalva­ra­nın dua­­sını yalvardığı vaxt qə­bul edə­rəm. Gərək onlar da, Mə­nim ça­ğı­rışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yö­nəlsinlər". (əl-Bəqərə, 186). Namazın İslamda fəziləti və namaz qılma qaydası barədə ətraflı oxuyun:
Teqlər: 
Paylaş: