Ərim başqa bir qadınla görüşür, lakin onu sevdiyim üçün bağışlayıram, doğru edirəmmi?
Salam aleykum. Əgər həyat yoldaşınızın görüşdüyü qadınla kəbini varsa və bu qadın onun ikinci yoldaşıdırsa, bu halda buna normal yanaşmağınız və həyat yoldaşınızı buna görə qınamamaqda doğru edirsiniz. Çünki dinimiz kişiyə ədalətli olmaq şərti ilə eyni zamanda dörd qadınla evli olmağı icazə verir. Xüsusilə də əgər o, sizə və övladlarına gözəl münasibət bəsləyirsə. Bu barədə ətraflı oxuyun: İslamda 1-dən çox evliliyə icazə varmı?
Əgər həyat yoldaşınız görüşdüyü qadınla zina edirsə, bu halda buna susmaqda doğru etmirsiniz. Həyat yoldaşınızı bu işdən çəkindirməyə çalışmalısınız. Zinanın böyük günah olması barədə ona bildirin. Əgər sizin sözünüzü qəbul etmirsə, o zaman yoldaşınızın və ya öz ailə üzvlərinizdən sözünü qəbul edəcək adamlara müraciət edin. Həmçinin Allaha dua edin və Ondan həyat yoldaşınızın islah olunmasını diləyin. Həmçinin oxuyun:
Ərim zina etdyinə görə onu bağışlaya bilmirəm...
Ərim mənə xəyanət edir, nə edim?
Ərimin mənimlə yaxşı davranmasına baxmayaraq, zina etməsini qəbul edə bilmirəm?