Sübh namazına gec durmağım günahlarıma görə ola bilərmi?

    26.08.2020
Kimdən: 
Sebine
Sual: 
Men subh namazina gec dururam.bele fikirlesiremki gunahlarim coxdu deye rebbim meni subh namZina oyandirmir.birdeki namaz qilanda fikrimi topluya bilmirem sizc ne etmek olar?
Cavab: 

Salam aleykum. Uca Allah möminlərə namazları bəlli vaxtlarda vacib etmişdir və namazları səbəbsiz olaraq öz vaxtından keçirmək böyük günahdır. Uca Allah buyurur: "... namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Uca Allah namazlara səhlənkarlıqla yanaşanları hədələyərək buyurur: "Vay o namaz qılanların halına ki, onlar namazlarında səhlənkardırlar". (əl-Maun, 4-5).
Sübh namazlarına bilərəkdən yatıb qalmaq böyük günahdır. Sözsüz ki, günahlar insanın bir çox xeyirdən məhrum olmasına əsas səbəblərdən biridir. Bu səbəbdən etdiyiniz günahlardan Uca Allaha tövbə edin və bağışlanmağınızı diləyin. Günahların insana təsiri barədə oxuyun: Günahların insana nə kimi zərərləri var?
Həmçinin, Sübh namazına vaxtında durmaq üçün köməkçi vasitələrdən (erkən yatmaq, zəngli saatdan istifadə etmək və s.) istifadə edin.
Daha ətraflı: Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?

Namazda fikri toplamaq barədə isə bu linkdən oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: