Nə üçün müxtəlif kitablarda dualar müxtəlif cür yazılır?
Sual:
Oxuduğum duaLarı bezen ferqLi ferqLi görürem kitabLarda internetLerde.Buda mende şüphe yaradır. Ne ede biLerem doğrusuni biLmek üçün?
Cavab:
Salam aleykum. Ərəb dilində olan bir çox hərflərin azərbaycan dilində qarşılığı yoxdur. Bu səbəbdən ərəb dilində gələn duaların bir çoxunun azərbaycan dilinə transkripsiyası müxtəlif cür yazılır. Ən yaxşısı bu duaları ərəb dilindən özünüzün oxumasıdır. Bu səbəbdən sizə ərəb əlifbasını öyrənməyi və bu duaları ərəb dilindən oxuyub öyrənməyi tövsiyə edirik. Həmçinin oxuyun:
Quran və təcvid əhkamları
Quran oxumağın savabı haqqında