Atam gündə beş vaxtda namaz qılmağıma etiraz edir, nə edim?

    22.10.2020
Sual: 
ASSALAMU ALEYKUM .Men Sünni Namazı qılıram.Peygemberimizde 5 dəfə Namaz qılıb.Ve bizde ALLAHIN emrine uyub onun kimi Namaz qilmaliyiq.Atam ve Anam şiedir yeni 3 defe Namaz qılırlar .Atam evvel heç bir narazılıq etmirdi.Ancaq 1hefte olar ki o mene şie ol dedi.Men razı olmadım.Atamsa meni şie olana kimi meni dindirmeyecek dedi.Men mecbur oldum onu aldandım.İndi 9gun olar ki gizlince yeni sünni olaraq 5 defe Namaz qılıram.Atam ele bilir ki şie Namazı qılıram ancaq bir gün oyrenseki men hele de sünni yem.O zaman məni heç vaxt dindirmez ve bağışlamaz.Men çox zor bir veziyyetdeyem . Ve şie olub günaha batmaqdansa Namazı tamamile buraxmaq isteyirem.Mecburam . Mene bir çıxış yolu gösterin .
Cavab: 
Aleykum salam. Əvvəla bunu qeyd edək ki, namazı Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu kimi gün ərzində beş dəfə qılmağınız doğrudur. Uca Allahdan diləyirik ki, sizi Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolunda sabit etsin və valideynlərinizə də hidayət versin!
Əgər atanız sizin əli bağlı namaz qılmağınıza etiraz edirsə, bilin ki, namazı əli bağlı qılmaq vacib deyil. Bu səbəbdən əgər əli bağlı qılmaqda sıxıntı varsa, bir müddət əli açıq qılın, bu sizin namazınıza xələl gətirməyəcək. 
Əgər etiraz namazın beş vaxt deyil, üç vaxt qılınmasına görədirsə, bu halda namazıları zahirən cəm edə bilərsiniz. Namazları zahirən cəm etmək dedikdə, Zöhr (Günorta) namazını son vaxtına yaxın qılmaq, Əsr namazını isə vaxtında qılmaqla zahirən bu iki namazı birləşdirmiş olursuz. Əslində isə hər namazı öz vaxtında qılırsınız. Məsələn, tutaq ki, Zöhr namazı saat 16:45 də çıxır və Əsr namazı girir, bu halda siz Zöhr namazını saat 16:30 da qılmağa başlayın, 16:45 -ə kimi bitirib Əsr namazını daxil olan kimi qılın. Beləliklə, siz Zöhr namazını son vaxtda, Əsr namazını isə daxil olan kimi qılacaqsınız. Nəticədə hər iki namazı vaxtında qılmış olursunuz. Həmçinin, Məğrib və İşa namazlarını da bu şəkildə qılın. Məğrib namazını son vaxtda, İşa namazını isə öz vaxtında qılın. Sübh namazını da öz vaxtında qılın. Bununla da siz zahirən namazları üş vaxt qılmış olsanız da, əslində hər namazı öz vaxtında beş dəfə qılmış oluarsınız. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: