əl-Ənam surəsinin 27, 76-79 və əl-Maidə surəsinin 97-ci ayələrinin açıqlaması

    29.08.2020
Kimdən: 
Mehemmed
Sual: 
Salam Aleykum.ilk önce bele bir sayt ucun size tesekkur edirik.zehmet olmasa sullarimi cavablandirardiniz 1.hekim heftede en azi bir defe masturbasiya etmesen ziyandi deyir.bunu izah ederdiniz 2bir insanin adi Mehemmeddirse oz adini Muhəmməd kimi yazmalidir orijinalliga gore yoxsa ele Mohammer ve ya Muhammed kimi de yaza biler ? 3 Enam suresinin 77 ci ayesini izah ederdiniz z.o 4enam suresinin 27 ci ayesini de zehmet olmasa izah ederdiniz.yeni Qiyametden evvel de sorgu sual olunurmu? 5.Maide suresi 97 ci ayedeki insanlarin islerini yoluna qoymaq ucun deyildikde yeni Qurbani niyyet ucun kesmek olarmi? Xahis edirem cavablandirardiniz.onceden tesekkurler
Cavab: 

Və aleykum Salam.
1) Masturbasiya - cinsi əlaqə olmadan insanın özü-özünü şəhvətlə boşalma həddinə çatdırmasıdır. Bu, haram əməllərdəndir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurub: "Həqiqətən, Allah sizin şəfanızı haramlarda qərar verməyib". (Səhih əl-Buxari, 5614). Daha ətraflı:
Masturbasiya etməyə icazə verilirmi?
Özümü boşaltmasam, evlənəndə ziyanı ola bilərmi?

2) Doğru olan, adı "Muhəmməd" kimi yazdırmaqdır. Daha ətraflı: Rəsulullahın adları

3) Uca Allah əl-Ənam surəsinin 76-79-ci ayəsində İbrahimin qövmü ilə mübahisə edərək onları daşlardan yonulmuş bütlərə şitayiş etməkdən çəkindirmək üçün və onlara Allaha ibadəti başa salmaq üçün məsəl gətirərək belə dediyini buyurur: "Gecənin qaranlığı onu bü­rü­dük­də o, ulduz görüb: "Bu mə­nim Rəbbim­dir!" - dedi. O bat­dıqda isə: "Mən ba­tanları sevmi­rəm!" - dedi. Doğan ayı gördükdə: "Bu mənim Rəbbim­dir!" - dedi. O bat­dıqda isə: "Əgər Rəbbim məni doğru yola yö­nəlt­mə­səy­di, mən az­mış adamlardan olar­dım" - dedi. Doğan günəşi gördük­də: "Bu mə­nim Rəbbim­dir, bu da­ha bö­yükdür!" - dedi. O bat­dıq­da isə dedi: "Ey qöv­müm! Hə­qiqətən, mən sizin Allaha şərik qoşduq­larınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri ya­radana çe­vir­dim. Mən müş­riklər­dən deyiləm". Böyük təfsir alimi Abdur-Rahmən əs-Sə'di (Allah ona rəhmət eləsin!) bu ayələrin təfsirində demişdir: "Gecənin qaranlığı İbrahimi bürüyəndə o, göydə bir səma cismi gördü. Yəqin ki, bu, son dərəcə parlaq işıq saçan planet idi, çünki təkcə bir səma cisminin xatırlanması onun bütün qalan ulduzlardan fərqli və üstün olduğunu sübut edir. Bir şox təfsir alimləri hesab edirdilər ki, o, Venera imiş. Ən doğrusunu isə Allah bilir".
İbrahim bütpərəstlərlə mübahisədə qarşı tərəfə güzəştə getmək məqsədilə dedi: "Bu mə­nim Rəbbim­dir!" Yəni "Tutaq ki, bu göy cismi mənim Rəbbim olacaq! Amma gəlin baxaq, görək, o, ibadət olunmağa layiqdirmi? Onun ilah olmasına bizdə dəlil varmı? Dərrakəli insana nəfsi istəklərini ilah seçmək, inandırıcı sübut və dəlillərə istinad etmədən onlara tanrı kimi ibadət etmək yaraşmaz".
Həmin səma cismi yoxa çıxıb gözdən itdikdə, o dedi: "Mən ba­tanları sevmi­rəm!", yəni "Mən, özünə ibadət edənləri tərk edərək, gizlənən və yoxa çıxan tanrıları sevmirəm. Əsil ilah Ona ibadət edənlərin daima qayğısını çəkməli və onların ən zəruri işlərini idarə etməlidir. Əgər tanrı insanları uzun müddətə tərk edirsə, məgər belə tanrı ibadətə layiqdirmi?! Məgər ona ibadət etmək böyük axmaqlıq və əcayib bir uydurma deyilmi?!"
Başqa göy cisimlərindən fərqlənən və daha güclü işıq verən doğan Ay səmada görünəndə, o, yenə də özünü elə apardı ki, guya bütpərəstlərlə razılaşmışdır. İbrahim dedi: "Budur mənim Rəbbim! Bu o birilərdən böyükdür". Ay batanda isə o belə dedi: "Əgər Rəbbim məni doğru yola yö­nəlt­mə­səy­di, mən az­mış adamlardan olar­dım". O, Rəbbi tərəfindən doğru yola yönəldilməyə ehtiyac hiss etdi və başa düşdü ki, əgər Allah, onu doğru yola yönəltməsə, bunu başqa heç kim etməyəcəkdir və əgər Rəbbi, ona xeyirxah işlər görməkdə kömək etməzsə, onda heç kim ona belə bir yardım göstərə bilməz.
İbrahim doğan Günəşi gördükdə, dedi: "Bu mə­nim Rəbbim­dir” O, ulduzlardan və Aydan "da­ha bö­yükdür!" Lakin tezliklə Günəş də qürub edib batdı və o, doğru yol azğınlıqdan seçildi. O belə bəyan etdi: "Ey qöv­müm! Hə­qiqətən, mən sizin Allaha şərik qoşduq­larınızdan uzağam!", çünki sizin əməllərinizin yanlışlığını aydın və inandırıcı dəlillər sübuta yetdi. "Doğrudan da mən, hə­nif olaraq üzümü göyləri və yeri ya­radana çe­vir­dim. Mən müş­riklər­dən deyiləm", yəni mən qərara aldım ki, təkcə Ona səmimi qəlbdən ibadət edim və bütün başqa ilahlardan üz döndərdim. Mən müşriklərdən deyiləm. Beləliklə, İbrahim şirkdən əl çəkdiyini və tövhid dinini qəbul etdiyini bildirmiş və bu qərarını dəlillərlə əsaslandırmışdı.
Bu və əvvəlki ayələrin təfsirində dediklərimiz ən doğru təfsirdir. Belə ki, İbrahim öz həmtayfaları ilə mübahisə edərək, göy cisimlərinə və başqa məxluqlara sitayiş etməyin yanlışlığını onlara göstərirdi. Hərçənd bəzi təfsir alimləri belə hesab edirdilər ki, o hekayətlərdə İbrahimin uşaqlıq çağının düşüncələri yad edilmişdir, lakin bu rəy səhih dəlillərlə təsdiq olunmur". (Abdur-Rahmən əs-Sadinin sözü bitdi).
Həmçinin növbəti ayədə Uca Allahın: "Qövmü onunla höcət­ləş­di. O de­di: "Allah məni doğru yola yönəlt­diyi halda, siz Onun barə­sində mənimlə hö­cət­ləşir­siniz? Rəb­bimin istə­diyi şey­lər­­dən başqa mən, sizin Ona şə­rik qoşduq­la­rı­nızdan qorx­mu­ram. Rəb­bim el­mi ilə hər şeyi əhatə etmiş­dir. Mə­gər düşü­nüb ibrət alma­ya­caqsınız?" buyurması bu təfsiri daha da qüvvətləndirir. 

4) Uca Allah əl-Ənam surəsinin 27-ci ayəsində buyurur: "Onların atəşin qarşısında dayan­dı­­rıldıqları zaman: "Kaş ki, biz dünya­ya qay­tarılıb Rəbbimizin ayə­lə­rini yalan say­mayaydıq və möminlərdən olay­dıq" - dediklərini görəy­din!" İbn Kəsir bu ayənin təfsirində deyir: "Bu ayədə Uca Allah kafirlərin Qiyamət günü Cəhənnəmin qarşısında dayandıqları zaman düşəcəkləri haldan xəbər verir. Onlar Cəhənnəmdəki zəncirləri və buxovların şahidi olub, oradakı dəhşətləri gözləri ilə gördükdə deyəcəklər: "Kaş ki, biz dünyaya qay­tarılıb Rəbbimizin ayə­lə­rini yalan saymayaydıq və möminlərdən olay­dıq". Onlar Allahın ayətlərini yalan saymayıb saleh əməllər etmək və möminlərdən olmaq üçün dünya həyatına qayıtmağı arzu edəcəklər. Uca Allah növbəti ayədə onlara cavab olaraq buyurur: "Xeyr! Daha öncə gizlət­dik­­­ləri günahlar onlara aşkar oldu. Əgər geri qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş şeylərə qayıdardılar. Şüb­hə­siz ki, onlar yalançı­dır­lar".
 
5) Uca Allah əl-Maidə surəsinin 97-ci ayəsində buyurur: "Allah Kəbəni – Beytulharamı, haram ayı, həcc qurbanını və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanları insanların iş­lə­rini yo­­lu­na qoymaq üçün bir vasitə etdi. Bu ona görə­dir ki, siz, Allahın göylərdə və yer­də olan­ları bildiyini və Allahın hər şe­yi bilən ol­du­ğunu an­laya­sınız"
Uca Allah bu ayədə bildirir ki, O, müqəddəs Ev olan Kəbəni, haram ay Zülhiccəni, Kəbəyə gətirilən boyunlarına nişan taxılmamış və taxılmış qurbanları insanların dini və dünyəvi işlərinin düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ayədə "insanların iş­lə­rini yo­­lu­na qoymaq" dedkdə niyyət edilən heyvanlar nəzərdə tutulmur. İbn Kəsir (rahiməhullahu) bu ayənin təfsirində belə demişdir: "Uca Allah bu ayədə bildirir ki, Allah, haram Evi yəni Kəbəni, dayağı və himayədarı olmayan insanlar üçün dayaq yeri və himayədar etmişdir. Güclüləri zəiflərdən, yaxşıları pislərdən, məzlumları zalımlardan qoruyacaq, himayədarı olmayanların sığınacağı etmişdir. O, Kəbə kimi haram ayı, həcc qurbanını və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanları da insanların biri-birilərindən müdafiəsi üçün bir vasitə etmişdir. Bu əməlləri insanların dinlərinin nişanələri və dünya işlərinin mənfəətləri etmişdir".
Niyyət edilərək kəsilən qurbanlara isə nəzir qurbanı deyilir. Həmçinin oxuyun:
Nəzir haqqında
NƏZİR
Niyyət edib qurban kəsmək günahdır?

Teqlər: 
Paylaş: