Rükudan qalxdıqdan sonra əlləri bağlamaq barədə dəlil varmı?

    29.08.2020
Kimdən: 
Abu Kərim
Sual: 
As salamu aleykum! Namazda Səmiallahu limən həmidəh Rabbənə və ləkəl-həmd etdikdən sonra yenidən əli bağlamaq haqqında hədisdən dəlil lazımdır.Məndən öncədə bu sualı veriblər sadəcə mənə dəlil lazımdır.öncədən təşəkkürlər.
Cavab: 

Və aleykum Salam. Heç bir hədisdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rükudan qalxdıqdan sonra əllərini bağlaması açıq-aydın qeyd olunmayıb. Əgər belə olsaydı, səhabələrdən kimsə bu haqda hədislərdə bəyan edərdi. Rükudan qalxanda əllərin bağlanmasına dəlil olmadığı üçün, ən yaxşısı rükudan qalxanda əllərin yana buraxılmasıdır. Həmçinin oxuyun:
Peyğəmbər ﷺ namazı necə qılardı?
Namaz necə qılınır? - VİDEO

Teqlər: 
Paylaş: