Bankda kompüter mütəxəssisi işləmək olarmı?

    29.08.2020
Kimdən: 
Abid
Sual: 
Salam aleykum.Belə bir sualım olacaqdı.Zəhmət olmasa cavab verərsiniz.Hər hansı bankda İT mütəxəssisi (ümumən İT xidmətləri göstərmək)düzgündürmü?Ordan gələcək əmək haqqı halaldırmı?(Bank faiz kreditlə yanaşı hər bir xidmət göstərir)
Cavab: 

Və aleykum Salam. Bank sələmçilik kimi şəriətə müxalif olan işlərlə məşğul olduğuna görə orada işləmək və ya onlara hər hansı bir xidmət göstərmək qadağandır. Çünki bununla insan bankın haram işlərində onlara yardım etmiş sayılır. Uca Allah belə buyurur: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Maidə. 2). Həmçinin oxuyun:
Bankda işləmək olarmı?
Sələm – Faiz
Sələmin hökmü

Paylaş: