Heyz qüslü aldıqdan sonra gələn qan orucu pozurmu?
Sual:
Salam uzr isdiyirem suala. Gore. Men aybawi olub qurtarmiwam. Qusl alib oruc tutmuwam namaz qilmiwam seher oruca duranda hecne yox idi ama gunuz durduqdan sora gordum ki qan olub menim orucum pozulurmu namazim pozulurmu
Cavab:
Aleykum salam. Əgər heyz qüslundan sonra gələn axıntı qan deyil, qəhvəyi və ya sarımtıl axıntı olarsa, bu halda bu axıntıya fikir verməyin. Bu halda orucunuz və namazlarınız səhihdir. Yox əgər qüsl etdikdən sonra gələn qan heyz qanına bənzəyirsə, bu halda orucunuzu və namazları saxlamalısınız. Çünki bu qan əvvəlki heyzin davamıdır və heyz günləri artıb-azala bilir. Həmçinin oxuyun: