"Ən pis oğru namazından oğurluq edəndir" hədisinin mənası nədir?
Sual:
Salam.Nafilə namazını vacib namazdan sonra qılmaq olar? Məs.zöhr namazından sonra əsr namazı ucun nafilə qılmaq olar?
Birdə bilmək isdərdimki oğruluğun en pisi namazdan ediləndi.Bu nə mənada deyilir.
Cavab:
Aleykum salam.
1) Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) fərz namazları ilə birlikdə 12 rükət nafilə namazı qılmağı buyurmuşdur. Bu namazlar "Ratibə sünnələr" (müntəzəm qılınan nafilə namazları) adlanır. Bunlar: Sübh namazında fərzdən əvvəl iki rükət sünnət, Zöhr namazında fərzdən əvvəl iki-iki, cəmi dörd rükət sünnət, fərzdən sonra da son iki rükət sünnət, Məğrib namazında fərzdən sonra iki rükət sünnət və nəhayət sonuncu İşa namazında fərzdən sonra son iki rükət sünnət qılınır. Səhih hədislərdə bildirilir ki, "Ratibə" namazlarını daima qılana Cənnətdə ev tikilir. Bu namazları qılmağın və daima bunlara riayət etməyin savabı olduqca böyükdür. "Ratibə" sünnələrinin hər birini fərz namazlarının vaxtı girdikdən sonra qılmaq lazımdır. Fərz namazının vaxtı girməzsə, bu namazın "Ratib" sünnəsini qılmaq olmaz. Lakin, əgər müəyyən üzrlü səbəbdən tərk olunarsa, növbəti namazın vaxtı girmiş olsa belə "Ratib" sünnələrini qəza etmək olar. Necə ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlmiş qonaqlara başı qarışdığı üçün bir dəfə Zöhr namazının son iki rükət nafiləsini qıla bilmədi və bu namazı Əsr namazından sonra qılmışdır. Həmçinin oxuyun:
2) Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Ən pis oğru namazından oğurluq edəndir". Səhabələr soruşdular: "Ey Allahın Elçisi, insan namazından necə oğurluq edər?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Rükusunu və səcdəsini tam yerinə yetirməməklə". və ya: "Rükuda və səcdədə belini düz tutmamaqla". (İmam Əhməd, 5/310; əl-Hakim, 1/229). Hədisdən gördüyümüz kimi namazdan oğurluq dedikdə bir insanın namazını lazımi qaydada qılmamaqla savabını azaltması nəzərdə tutulur. Çünki insan namazının savabını tam alması üçün namazı tam şəkildə yerinə yetirməlidir. Əgər səhlənkarlığı üzündən namazında naqisliklərə yol verirsə, öz namazının savabını azaltmış olur və bununla da namazının savabından oğurlamış sayılır. Başqa bir hədisdə Aişə (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazda o tərəf-bu tərəfə baxmaq barədə soruşdum. O dedi: "Bu, şeytanın (Allah) bəndəsinin namazından xəlvətcə götürüb apardığı oğurluq bir şeydir". (Səhih əl-Buxari, 751). Həmçinin oxuyun: