Sübh və Əsr namazlarını qəza etmək böyük günahdırmı?

    10.09.2020
Kimdən: 
Zehra
Sual: 
Salam alekum namazi 3 gun qezaya vermek gunahmidir amma gunde 5 defe qilinan namazin hamsini yox subh namazi ve esr namazini qezaya vermek gunahmidir
Cavab: 

Aleykum salam. Namazı üzrsüz səbəbdən qəza etmək böyük günahdır. Hətta bir namaz olsa belə namazları səbəbsiz yerə gecikdirmək böyük günahdır. Uca Allah möminlərə namazları qorumağı və xüsusən də Fəcr və Əsr namazlarına diqqət etməyi əmr edərək buyurur: "Namazları, xüsisilə orta namazı (əsr namazını) qo­ruyun və Allah qarşısın­da müti­liklə du­run". (əl-Bəqərə, 238). Başqa bir ayədə buyurur: "Gün batmağa meyl edən­dən ge­cə­nin qaranlığına­dək bəl­li vaxt­­larda namaz qıl və sübh çağı Quran oxu (fəcr nama­zını da qıl)! Çün­ki sübh çağı oxu­nan Quranın şahidləri olur". (əl-İsra, 78). Həmçinin oxuyun:
Namazları qəsdən qəza etməyin günahı nədir?
Hansı hallarda namazları qəzaya saxlamaq olar?

Paylaş: