Şeytan mənə ölmüş birinə salavat deməyi vəsvəsə edir, nə edim?

    23.09.2020
Kimdən: 
Bahar
Sual: 
Salam mende bele bir hal varki ozum and icmirem sanki icimde kimse var o mene mecbur and icdirirki bu ayeni oxunaq ve yaxut olmus birine salavat cekmelisn deyir and icdirerk ne etmeliyem?twkler
Cavab: 
Və aleykum Salam. Qeyd etdiyiniz hal şeytanın sizə verdiyi vəsvəsələrdən irəli gəlir. Vəsvəsələrə isə fikir vermək lazım deyil. Belə vəsvəsələrə diqqət yetirəndə daha da artır. Şeytanın vəsvəsələrindən qorunmaq üçün dua və zikrlərə sarılın. Bilin ki ağıldan keçən fikirləri dilə gətirməyincə və ya əməl etməyincə bu fikirlərə görə günah yazılmır.
Salavat sözünün mənası Allahdan xeyir-bərəkət diləmək deməkdir. Dinimizdə ölən insanlara salavat gətirmək yoxdur. Salavat yalnız Peyğəmbərə və onun ailəsinə deyilir. Uca Allah bu xüsusda belə buyurur: "Həqiqətən də, Allah və Onun mə­ləkləri Peyğəmbərə salavat (xeyir-dua) deyirlər. Ey iman gə­tirənlər! Siz də ona salavat deyib (xeyir-dua verib) kamil ədəb-ərkanla onu sa­lam­la­yın". (əl-Əhzab, 56). Daha ətraflı:
Teqlər: 
Paylaş: