Əri boşamırsa, qadın necə ayrıla bilər?

    17.11.2020
Sual: 
Salam.2cidefe kebin olub şahid olmuyub xeberim olmadan kebin kesilib mehriyeni ozu teyin edib.Ama ki,mehriyye almamşam.Hemde ozum iwdiyib ozumu saxlamişam.Sora ayrilmişig ama meni kebinen boşamir bilmey isderdim.Kebin pozulmuş saylir 5 aydi ayriyig.Mende hecneyi halal etmirem ona.Oda boşamir kebinen.Deyir ged neynirsen ele boşamiram.Bilmey isdiyrem kebin pozulub ya yox?Hemde kişi boşamamiş qadin boşana biler?
Cavab: 
Aleykum salam. Nikahın doğru sayılması üçün mütləq qızın razılığından sonra vəlisinin (atası, qardaşı, əmisi və s.) izni və iki kişinin şahidliyi olmalıdır. Əgər bu şərtlərdən biri olazsa, nikah düzgün sayılmır, lakin əgər nikah kəsiləndən sonra camaata elan olunarsa, bəzi alimlərə görə bu şahidliyi əvəz edir. Həmçinin mehr qadının haqqı olduğu üçün mehri qadın təyin etməlidir.
Kişinin öz zövcəsindən uzun müddət ayrı qalması isə nikahı pozmur. Nikahın pozulması üçün kişinin qadını boşaması lazımdır. Əgər kişidə ciddi problemlər varsa, bu halda qadın öz vəlisinə (ata, qardaş, əmi, baba və s.) müraciət etməlidir. Həmçinin kişi tərəfdən də bir nəfər hakim təyin olunur və biri qadın tərəfdən, digəri kişi tərəfdən olmaqla iki hakim məsələni həll etməyə çalışırlar. Əgər ortaq məxrəcə gələ bilməsələr, bu halda kişidən qadını ya şəriətə müvafiq qaydada saxlaması, ya da boşaması tələb olunur. Əgər kişi boşanmaq istəməyib qadın boşanmaq istəsə, bu halda qadın ona düşən mehrdən imtina etməklə və ya malından kişiyə bir şey verməklə ondan ayrılır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: