Valideynləri ilə yola getməyənin namazları qəbul olurmu?

    06.10.2020
Sual: 
Salam Men anamla yola getmirem onu incidirem cox pesman oluram dusunurem ki namazlarimda qebul olmur qilmaga hevesim olmur ne edim?
Cavab: 
Aleykum salam. Sözsüz ki valideynin üzünə ağ olmaq böyük günahdır. Bu əməldən tövbə edin və çalışın valideynlərinizlə gözəl rəftar edəsiniz. Lakin, namazı tərk etmək isə ondan da böyük günahdır, çünki namaz Allahın haqqıdır, valideynlə gözəl rəftar etmək isə valideynin haqqıdır. Allahın haqqı hər şeydən öndədir. Hər haqq sahibinin haqqını verin. Valideynin haqqını ödəyə bilmədiyiniz üçün Allahın haqqını tərk etməyin. Bu cür düşünmək şeytanın vəsvəsəsidir və bu fikirlə o sizi namazdan yayındırmaq istəyir. Daha ətraflı:
Paylaş: