Yoldaşım məni özü kimi namaz qılmağa məcbur edir, mən nə etməliyəm?

    06.10.2020
Kimdən: 
ALLAH bendesi
Sual: 
Salam aleykum.men aileliyem.ve yoldawimla menim eqidem ayridir.evde ayri ayri namazlar qiliriq.son vaxtlar mene mecbur editki men de onun kimi namaz qilim.men ise razilawmiram.men bu veziyyetde ne etmeliyem?yoldawim wie eqidesindendir.
Cavab: 
Va aleykum Salam. Ən doğru namaz Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qıldığı namazdır. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) namazı çoxsaylı hədislərdə aydın şəkildə bildirilmişdir. Bu hədislərin heç birində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əli açıq və ya möhürlə namaz qılması gəlməmişdir. Həmçinin namaz gün ərzində beş dəfə qılınmalıdır. Odur ki, səbirlə yoldaşınıza hansı namazın doğru olduğunu izah etməyə çalışın. Ola bilsin sizin vasitənizlə o da Peyğəmbərin namazını qılar. Həmçinin oxuyun: 
Peyğəmbər ﷺ namazı necə qılardı?
Sünni doğrudur, yoxsa şiə?
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır? 
Namazı möhürlə qılmaq olarmı?
Hansı məzhəb düzgündür?
Teqlər: 
Paylaş: