Heyz deyil, xəstəlik səbəbindən qadından gələn qan orucu pozurmu?

    06.10.2020
Sual: 
Salam qadinlardan gelen qan (aybawi qani deyil) diger bir qadin xesteliyi ile bagli olsa orucu pozulurmu? Bes namaz qila biler bele halda?
Cavab: 
Və aleykum Salam. Heyz qanından əlavə xəstəliklə əlaqəli gələn qana istihazə qanı deyilir. Heyz və ya nifas halı istisna olmaqla digər hallarda qadınlardan müəyyən səbəblərə görə axan qan orucu pozmur. Həmçinin belə halda qadın hər namaz üçün təmizlənib, dəstəmaz alıb namazını qılmalıdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: