Namaz qılarkən qiyamda əllər harda tutulur?

    06.10.2020
Sual: 
Salam Aleykum şie namazında qiyamda eller çenenin qarşısında birleşdirilmelidir yoxsa eller yanda olmalıdır.
Cavab: 
Aleykum salam. İbadətlərin qəbul olunması üçün onları yalnız Allah üçün etmək, həmçinin Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi kimi yerinə yetirmək lazımdır. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) namazını vəsf edən səhabələr onun sağ əl sol əlin üzərində olmaqla əllərini sinəsinin üzərində qoyduğunu bildirmişlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, biz peyğəmbərlərə əmr olundu ki, iftarı tezləşdirək, sahuru gecikdirək, namazda sağ əli sol əlin üzərinə qoyaq". (ət-Tabərani, 11323; İbn Hibban, 1770). Daha ətraflı:
Namazda əlləri necə tutmaq lazımdır?
Namaz qılmaq qaydası - VİDEO
Namazın rüknları və vacibləri
Teqlər: 
Paylaş: