Doğuşdan sonra qəhvəyi axıntı gələrsə, qadın namaz qılmalıdırmı?

    16.12.2020
Sual: 
Salam aleykum. ALLAH elminizə bərəkət versin. Mən də sizdən bir şey soruşmaq istərdim. Doğumdan 30 gün sonra qadından qəhvəyi axıntı gəlirsə, bu halda namaz qıla bilərmi?
Cavab: 

Va aleykum Salam. Doğumdan sonra qadından gələn qan nifas qanıdır və bu halda qadın namaz qılmır. Nifas, doğum səbəbi ilə axan qandır. Bu qanın ən çox müddəti qırx gündür. Ummu Sələmə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zamanında nifaslı qadınlar qırx gün nifas müddəti saxlayardılar. Qanın qırx gündən tez bir vaxtda kəsildiyini görən nifaslı qadın nifas qüslü etməli və namaza başlamalıdır. Əgər qanaxma qırx gündən çox davam etsə, qırx günün tamamında qüsl edərək namaza başlamalıdır, bundan sonra gələn qan nifas sayılmır. Əgər qeyd etdiyiniz qəhvəyi axıntı nifas qanı təmizləndikdən sonra gəlirsə, buna fikir verməyin. Əgər nifas bitməmiş gəlirsə bu qəhvəyi axıntı da nifasdan sayılır. Həmçinin bu cavabları oxuyun:
Qadından gələn qəhvəyi ləkə orucu pozurmu?
Heyz və nifas səbəbi ilə haram olan əməllər 

Paylaş: