İçki şirkətində işlədiyinə görə namazı tərk etmək düzgündürmü?
Namazı tərk etmək isə daha böyük günahdır. Namaz Allahın haqqıdır. Alkoqollu içkiləri içmək haramdır, lakin bir maddə olaraq natəmizlik sayılmır. Odur ki ona əl vurmaq insanı natəmiz etmir. Bir insanın hər hansı bir günah iş tutması onu digər ibadətlərdən yayındırmamalıdır. Həmçinin ola bilsin namaz qılmaq onu bu günahdan çəkindirsin. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Odur ki, günah etmək səbəbi ilə ümidsizliyə qapanaraq namazı tərk etmək səhvdir, çünki, heç bir halda Allahın rəhmətindən ümidi üzmək olmaz. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz". (əz-Zumər, 53-54). Daha ətraflı: