On dörd yaşıma qədər namaz qılmasam günah yazılırmı?

    01.12.2020
Kimdən: 
cesur
Sual: 
men namazi 14 yasima kimi qilmasam gunah sayilir?
Cavab: 

Salam aleykum. Bir insanın həddi həddi-büluğa çatması ilə artıq namaz qılmaq ona vacib olur. Lakin Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yeddi yaşından namaza başlamağı tövsiyə etmişdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin". (Əbu Davud, 495). Odur ki, həddi-büluğa çatana qədər namaz qılmaq vacib olmasa da, qılmağınız məsləhət görülür. Həddi-büluğa çatmamış uşaqlara savab əməllər yazılır. Daha ətraflı:​
​​​​Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Həddi-büluğ yaşında yox, sonradan namaza başlasam günahdır?
Yetkinlik yaşına çatmağın əlamətləri nədir?
Uşaqlara günah yazılmır, bəs savab yazılırmı?

Teqlər: 
Paylaş: