Cənazə namazı və maaş kartı ilə bağlı suallar

    17.04.2014
Sual: 
Assalamu aleykum. Qardaş sualim beledir. Cenaze namazinin sozlerini bilmirem, amma mende orda ishtirak eledim bilmek istyirem ki, mene savab yazilir, yoxsa sozleri bilmelisen? Birde men maaishimi kartla aliram. Ora menim aldiğim meblegden artiq pul yazlib o artiq pulu men xercleye bilerem? Bu barede mene heç kim heç ne demeyib. Amma oz vijdanim goturmur. Bilmek isteyirem ki, men bunu demeliyem, yeni qaytarmaliayam? Teshekkur edirem.
Cavab: 

Aleykum salam. Cənazə namazının sözlərini bilməyiniz daha yaxşı olardı. Lakin bilməsəniz də iştirak etdiyinizə görə inşallah savab qazanırsınız. Çünki hədisə deyildiyi kimi: "Əməllər niyyətlərə görədir...".
Buna baxmayaraq hər bir müsəlman imkan daxilində cənazə namazının qaydalarını öyrənməyə çalışmalıdır. Bu məsələdə "Müsəlmanın qalası (dua və zikrlər)" kitabçasından istifadə edə bilərsiniz.
Maaş məsələsinə gəldikdə isə əgər vəziyyət həqiqətən dediyiniz kimidirsə, bu haqda iş yerinə xəbər verməlisiniz. 

Teqlər: 
Paylaş: