Oruclu insanın fikrindən su içmək istəyinin keçməsi orucu pozurmu?

    18.01.2021
Kimdən: 
Xanim
Sual: 
Salam.1.Eger qadin yuxuda masturbasiya elediyini gorubse ve ya cinsi elaqede oldugunu gorubse,yuxunu hiss edibse.Ama seher duranda hecbir axinti olmayib,quru olubsa,cenabet quslu lazimdi? Namazi bele qilmaq olar?2.Orucun qezasini tutanda aglima fikir gelirdiki "su içecem veya,belke gedim su icim?Yemek yeyim"ama tez fikrimi dagidirdim.bu orucu pozur? Vesvesedi?Yada orucun qezasini tutanda esebleşib aglayib dedim ki oruc tutmaq istemirem ama orucumu axira kimi tutmuşam ve sonradan dedimki niyyet eledimki ehtiyat uçun qezalari yene qeza edib orucumu yeniden tutacam. eger artiq bele demişemse qezalari tezden tutum?Heç bilmirem ne edim.kefare lazimdi?xaiş komeklik edin.1suala gore usr istiyirem
Cavab: 
Və aleykum Salam.
1. Yuxuda cinsi əlaqədə olduğunu görən yuxudan ayıldıqdan sonra axıntı olmadığını görərsə, bu halda qüsl etmək lazım deyil, dəstəmaz alıb namazı qılmaq olar. Bu cavabları oxuyun:
Qüslü vacib edən hallar
2.
Əgər qəti olaraq fikrinizdən "orucu açdım, artıq oruc deyiləm"- deyə keçirdinizsə, bu halda orucu pozmuş sayılırsınız. Sadəcə "gedib su içəcəm" və ya "bəlkə gedim su içim, yemək yeyim" kimi fikirlər orucu pozmur. Qeyd etdiyiniz hal şeytanın vəsvəsəsidir, ona fikir verməyərək orucunuza davam edin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: