Nişanlımı sevmək üçün dua varmı?
Sual:
salam mən birini sevirdim nəysə alınmadı mən yalvarıdım ki Allahım nə olar onu unudum heç kimimsevməyəcəm daha untdumda amma bir müdət sonra başqa biri ilə nişanlaşmışam onu seve bilmirəm birdən qəlbim ona qarşı atır ama qəlbim sanki daş sevə bilmirəm heç kəsi sevgi mənim üçün anlamısız bir duyğu gəlir sizcə nə edim necə dua edim?Birdə nişanlımın ailəsi mənə elçi gələndə Allaha and olsun dedim mən bu oğlana getməyəcəm dedim ama hadisələr elə oldu ki mən onu görəndən sonra yox deyə bilmədim qəlbim yox deyirdi dilim sanki qurumuşdu yox deyə bilmədim bəzən Allahım peşman deyə ağlayıram nə edim.mən birdə yemək bişirə bilmirəm cəhd edirəm alımir necə dua edimki məndə bacarıqlı olum?sizcə
Cavab:
Və aleykum Salam.
1. Bu cavabları oxuyun:
Bir şəxsi unutmaq üçün dua varmı?
2. Qeyd etdiyiniz halda siz and kəffarəsi verməlisiniz. Belə ki, andını pozan insan on nəfər kasıb insanı geyindirməli və ya on nəfər kasıbı yedizdirməlidir. Əgər bunları bacarmazsa, üç gün ardıcıl oruc tutmalıdır. Əgər belə etsəniz, inşalllah Allah təala sizi bağışlayar. Uca Allah buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandırar. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 89). Həmçinin oxuyun: Andın kəffarəsi
3. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir dua yoxdur. Bu xüsusda ümumi şəkildə öz sözlərinizlə istədiyiniz kimi dua edə bilərsiniz. Həmçinin oxuyun: