Hansısa işi etməməyə aid tövbə edib sonra onu edən öhdəlik daşıyırmı?

    28.01.2021
Sual: 
Əvvəlcə sağol deyirəm ki sizə bizi narahat edən suallara cavab verirsiz. Sualım isə belədir,bir insan tövbə filan şeyi eləməyəcəyəm deyəndə həqiqətən tövbə etmiş olurmu? Yoxsa tövbənin başqa şərtləridə var? Əsəbi olan zaman ağızdan çıxan tövbə sözü sayılır? İnsan buna görə öhdəlik daşıyır mı? Sizin tövbə etdiyiniz şeyi bir başqası etsə məsələn filan işi mən görməyəcək, onun yerinə bacıma qardaşıma o işi mənim yerimə görməsini istəmək tövbəni pozar? Sağolun cavaba görə. Allah hərkəsə kömək olsun.
Cavab: 
Və aleykum Salam. Tövbə - günahı tərk edib Allaha dönməklə, etdiyin günaha görə peşmançılıq hissi keçirməklə və bir daha bu günaha qayıtmamağa qərar verməklə olur. Bəzi insanlar elə düşünürlər ki, günah olmayan bir əməli tövbə deyib tərk etdinsə, artıq bu əməli bir daha görə bilməzsən və bu əməli etmək artıq günahdır. Əslində isə belə deyil, tövbə yalnız günah işlərə görə edilir. Tövbə deməklə günah olmayan bir əməli özünə qadağan etmək düzgün deyil və belə edən adam sonradan bu əmələ qayıtmasına görə heç bir öhdəlik daşımır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: