Siğə edən insan tövbə etsə günahı bağışlanarmı?
Va aleykum Salam. İslam dinində siğə deyilən müvəqqəti nikah növü yoxdur və bu növ nikah böyük günahlardan olan zina sayılır. Nikahın Allah qatında düzgün olmasının şərtlərindən biri budur ki, nikah qısa müddətli yox, daimi olmalıdır. Həmçinin nikah qızın vəlisinin (ata, qardaş, əmi və s.) icazəsi ilə olmalıdır. Siğədə isə belə bir şərt yoxdur. Bu isə dəlalət edir ki, bu nikah batildir. Siğənin haram olması barədə ətraflı oxuyun:
Nəyə görə siğə etmək olmaz?
Siğə niyə haramdır?
Bu günahdan tövbə edib Allahdan bağışlanmağınızı diləyin. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Bunula belə saleh əməlləri (namaz, oruc, sədəqə və s.) artırın, çünki saleh əməllər günahların silinməsinə səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun: Zina etmiş insan necə tövbə etməlidir?