İsa peyğəmbər ölübmü?

    04.02.2021
Kimdən: 
Amin
Sual: 
Salam Hər vaxtınız xeyir olsun. Çox sağolun ki,belə bir sayt açmısız var olasız. Mənim bele bir sualım var ki,Hezreti İsa Ölübmü yoxsa göye qaldırılıbmı. Yəni bele deyekdə Quranda Hz İsanın öz ağzından men öldükden diye bir kelme var. Bu mencede Quranda İsanı göye qaldırarken onun Ruhunu qaldırmaq menasında ola biler.Ağılnan fikirleşende biraz mentiqsiz olur çünki o dövrden bu dövredek bir insanın sağ qaldığı düşünülemez. O ola biler ki mağara adamları kimi bir neçe esr sonra dirildile biler. Bu haqda fikrinizi öyrenmek isterdim.Siz ne desez onada inanacam. Birdeki bu sualım var ki,şeytan hem insanlardan hemde cinlerden ola biler Nas suresinə görə. Onda şeytan ve iblis başqa-başqa anlayışdı?
Cavab: 
Və aleykum Salam. 
1) İsa Peyğəmbər (Allahın ona salamı olsun) ölməmişdir, Uca Allah onu Öz dərgahına qaldırmışdır. Bu xüsusda Uca Allah buyurur: "Bir də: "Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!" – dedikləri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­dədirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər. Əksinə, Allah onu Özü­nə tərəf qal­dırmışdır. Allah qüd­rət­lidir, hikmət sahibidir". (ən-Nisa, 157-158). Sualda qeyd etdiyiniz ayə isə budur: "Mən onlara ancaq Sə­nin mənə əmr etdiyini: "Mə­nim də Rəb­bim, sizin də Rəb­biniz olan Allaha ibadət edin!" - demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şa­hid idim. Sən mə­ni onların ara­sından götür­dükdən son­ra isə onlara nəzarət edən Özün ol­dun. Sən hər şeyə şahidsən". (əl-Maidə, 117). Bu ayədə keçən تَوَفَّيْتَنِي "təvəffəytəni" sözünün mənası "sən məni Öz dərgahına qaldırdıqda" deməkdir. O ki, qaldı bir insanın bir neçə əsr sağ qalmasına, bu, Uca Allah üçün heç də çətin deyil. Uca Allah hər şeyə qadırdir və bir şeyin olmasını istəsə ona "ol!" deyər və o, olar. Quranda Uca Allahın istədiyi məxluqları istədiyi müddətə qədər sağ saxlamasına nümunələr çoxdur. Həmçinin bu cavabları oxuyun:
Teqlər: 
Paylaş: