Əvvəl etdiyim günahlarımın bağışlanması üçün nə etməliyəm?
Sual:
Salam. Mənim bir neçə sualım var. Mənim 18 yaşım var. Əvvəllər günahlar etmişəm.birinin qəlbini qırmışam, söyüş söymüşəm,pis davranmışam, qeybet etmişəm. Amma indi qorxuram o günahlara görə cəhənnəmə gedərəm. Etdiyimə görə peşmanam ki gərək etməzdim. Bilmirdim cəhənnəmin elə olduğunu. İndi qorxuram ağlıma pis fikirlər gəlir amma gəlsin istəmirəm. Bundan sonra ancaq yaxşı əməllər edəcəyimi demişəm. Mən nə edə bilərəm ki Allah mənim günahlarımı silsin, qiyamət günü günahlarım olmasın, cənnətə gedim
Cavab:
Va aleykum Salam. Əvvəl etdiyiniz günahlardan tövbə edin və Allaha ibadət etməyə başlayın. İnsanı Allaha yaxınlaşdıran ən əzəmətli əməl namazdır. Hər şeydən əvvəl namaz qılın, çünki namaz insanın Qiyamət günü bağışlanması və Cənnətə düşməsi üçün ən böyük səbəbdir. Namaz insanın qəlbini təmizləyir, nəfsinə rahatlıq verir, onu günahlardan və asilikdən çəkindirir, Allahın qəzəbinə səbəb olan hər bir əmələ qarşı nifrət oyadır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Həmçinin oxuyun: