Vaxt azlığı səbəbindən namazı saxlamaq olarmı?

    23.04.2021
Kimdən: 
Aynur
Sual: 
Salam men 16 yasimnana namaz qiliram sadece derse gedib gelirdim ve ozumu coxxx yorgun hiss etdiyim.ucun namaz qilmirdimsanki namaz qilmaq vaxdi gelen kimi usdume yorgunluq cokur ve buna gorede gunah qazandigimi dusundum ve atmagi isdemefim cunki o daha cox gunahdir ve namazi saxladim ozumu tam hazir hiss edende baslayacam sizce namazi saxlamaq gunahdir cunki men hec ozumu hazir his etmirem amma atmagida hec isdemirem cunki ureyimde namaz sevgisi var cox sevirem amma qila bilmirem men ne edim mene meslehet verin atim ya davam edim cunki dahada gunah qazanmaq isdemirem
Cavab: 

Va aleykum Salam. Namazı vaxtlı-vaxtında qılmamaq günahdır, lakin namazı təmamilə dayandırmaq daha böyük günahdır. İslam dininin namaz qılanlar üçün qoyduğu rüsxətlərdən istifadə edərək özününzü çətinliyə salmadan namaz qılmağa davam edin. Namaz ən əzəmətli ibadət, insanı Allaha yaxınlaşdıran ən böyük əməldir. Namaz qılmamaq və ya qılıb tərk etmək isə Allahın qəzəbinə səbəb olan böyük günahdır. Hətta İslam alimləri namazı tərk etməyin zina etməkdən və adam öldürməkdən daha böyük, insanı Cəhənnəmə aparacaq günah olduğunu söyləmişlər. Bu səbəbdən Allaha tövbə edin və namaza qayıdın. Vaxtın olmamasına gəlincə, bu, namazı tərk etmək üçün üzr sayılmır. Gün ərzində qılınan 5 vaxt namazı cəm etsək, 30 dəqiqədən çox vaxt aparmır. Uca Allah bizə günün 24 saatını bəxş etmişdir. Bu 24 saatda biz hər bir işə, dərsə, yatmağa, yeməyə, gəzməyə, istirahətə və s. vaxt ayıra bildiyimiz halda Allah üçün yarım saat vaxt ayırmamağımız Allahın nemətlərinə qarşı nankorluqdur. Halbuki, qıldığımz bu namazın müqabilində Uca Allah Axirətdə böyük mükafat olan Cənnəti vəd etmişdir. Bu səbəbdən gecikdirmədən tövbə edib namaza başlayın. Allaha dua edirik ki, bu işinizdə sizə yardım etsin! Bu cavabları oxuyun:
İşdə və ya dərsdə şərait olmadığı üçün namazları birləşdirmək haqqında
Namaz ən fəzilətli ibadətdir!
Namazı xəstəlik səbəbindən tərk etdiyim üçün günah qazanırammı?

Paylaş: