Tez-tez axıntıları olan qadın necə dəstəmaz almalıdır?

    23.04.2021
Kimdən: 
Aysel
Sual: 
Salam. Burdan oxumusdum ki qadinda olan gundelik axintilar destemazi pozur.Uzr istiyirem, bes misal ucun men namazdan qabag yuyunuram,ama ele olur 3-4defe ard arda yuyunuram axinti getmir,yenede birezde olsa olur, ayaq yolunda buna gore cox vaxt oluram.yada gerek 5defe zad yuyunum.Adam bezir.Bes onda ne etmek olar bu halda? Neçe defe yuyunum? 2ci sual. Yuxuda meni çixmasi quslu pozur oxudum. Men birdefe yuxuda şehvet sehnesi gordum ve o şehveti ozumde hiss etdim. Ama yuxudan oyananda bir damçi maye var idi. Ama deqik bilirem ki meni deyil. Mezi ola biler . Belkede hec mezi de deyil, gundelik qadin axintisi ola biler. Rutubet olur yani. Meni deqik deyil. Bu halda qusl pozulur? Uzurlu sayin
Cavab: 
Va aleykum Salam.
1) Əgər axıntı davamiyyətli olarsa, bu halda hər namazın vaxtı girdikdə bir dəfə övrət yerini yuyub dəstəmaz alın, bundan sonra gələn axıntılar üzürlü sayılır və dəstəmazı pozmuş sayılmır. Beləcə hər namaz üçün bu qaydada yuyunub dəstəmaz alın. Həmçinin bu cavabları oxuyun: 
Dəstəmazı pozan amillər hansılardır?

2) Yuxuda şəhvət hissi keçirən insan yuxudan oyandıqdan sonra məni görməzsə, ona qüsl etmək vacib olmur. Qüsl yalnız məni gəldikdə vacib olur. Az miqdarda damcı isə məni deyil, məzidir. Ummu Sələmə rəvayət edir ki, Ummu Suleym (Allah onlardan razı olsun) Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ey Allahın elçisi, Allah, haqqı axtarana utanmağı əmr etmir. Qadın, pollyusiya halında (yuxuda ehtiras hissi keçirdikdə) qüsl almalıdırmı?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Bəli. Əgər mənini (spermanın əsər-əlamətini) görübsə qüsl etməlidir". (Səhih əl-Buxari, 130). Həmçinin oxuyun:
Yuxuda cinsiyyət orqanından gələn maye orucu və qüslu pozurmu?

Paylaş: