Paxıl və bədnəzər insandan özünü necə qorumaq olar?

    29.07.2021
Kimdən: 
Fidan
Sual: 
Salam 4sualim olacaqdi 1ci paxil bed nezer eden ve maraq dairesi geniş olan insandan özümü ve ailemi nece qoruya bilerem.2ci falçı sənin talehin haqqinda doğrumu danışır yeni Gelecekde aile quracağın sexsi bile biler.3cu atami itirenden icimde sevdiklerimi itirmek qorxusu yaranib ve mene psixoloji cəhətdən tesir edir.4cu insan bed nezerden goz,deymeden,nefsden caduda dünyasını deyise bilermi??
Cavab: 
Va aleykum Salam.
1) Bəd nəzərdən qorunmaq üçün dua və zikrləri müntəzəm demək lazımdır. Bəli, göz dəymə, cadu və sehr insanın ölümünə səbəb ola bilər. Əgər insan şəriətdə bildirilən qaydalarla özünü qoruyarsa, Allahın izni ilə gözdəymə və sehr ona təsir etməz. Daha ətraflı: Gözdəymə və ondan necə qorunmaq haqqında

2) Uca Allahdan başqa heç kəs qeybi, gələcəyi bilmir. Uca Allah buyurur: "De: "Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65). Daha ətraflı: Falçılar necə olur ki, doğru xəbər verirlər?

3) Uca Allah insan hələ ana bətnində olarkən onun əcəlini yazmışdır və bunu heç nə dəyişə bilməz. Sizdə yaranan bu qorxu hissi qədərə imanın zəifliyindən irəli gəlir. Daha ətraflı:

Paylaş: