Naməhrəmlə danışmaq namaz qılmağa mane ola bilərmi?

    24.03.2021
Sual: 
Salam evlənmək istədiyim qızla danışaraq namaz qıla bilərəmmi?? Yoxsa naməhrəmdi deyə günahmıdır??
Cavab: 
Aleykum salam. Namaz, həddi-büluğa çatmış hər bir müsəlmanın Allah qarşısında borcudur. Bir insanın hər hansı günah əməli etməsi, ona namaza başlamamağa və yaxud namazı tərk etməyə əsas vermir. Çünki namaz qılmamaq özü-özlüyündə ən böyük günahlardan biridir. Evlənmək niyyəti ilə olsa belə, naməhrəm qızla kəbinsiz danışmaq günahdır, çünki bu, zinaya aparan səbəblərdən biridir. Həmçinin bu cavabları oxuyun:
Paylaş: