Namaz qılmayanın günahı böyükdür, yoxsa namaza laqeyd yanaşanın?

    06.04.2021
Kimdən: 
Mən
Sual: 
Salam.Namaz qılmayanın günahı çoxdur yoxsa namazı laqeyd qılanın
Cavab: 
Va aleykum Salam. Sözsüz ki, heç namaz qılmayanın günahı daha böyükdür. Namaz qılmamaq adam öldürməkdən, zina etməkdən və içki içməkdən də böyük günahdır. Namaz qılıb namaza laqeyid yanaşan da günah sahibidir, lakin onun bağışlanmasına daha çox ümid var. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa, Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə də onu bağışlayar". (Əbu Davud, 1276). Həmçinin oxuyun: 
Paylaş: