Əhli-sünnə namazı qılmağa başlayarkən qüslü şiələrin aldığı kimi almaq olarmı?

    04.02.2021
Kimdən: 
Ləman
Sual: 
Salam Aleykum bir sualım olacaq sizə inşəAllah sualımı düzgün çatdırmış olaram əgər şiə namazı qılan xanım sonradan sünnə namazı qılmaq istəsə və həmin xanım (üzr istəyirəm) heyz qüslunu şiələrin aldığı kimi alıbsa sünnə namazı qılmamışdan qabaq sünnələrin aldığı kimi qüsl alıb elə başlamalıdır namaza ? Yoxsa ehtiyac yoxdur buna?
Cavab: 

Va aleykum Salam. Qüsl alarkən əsas olan qəlbdə niyyət və bütün bədənə, eləcə də saçların dibinə su çatdırmaqdır. Əgər qüsl alarkən bu vacib olan əməlləri etmisinizsə, bu qüsl düzgün qüsl sayılır. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Paylaş: