Namazda tez-tez gözün səcdə yerindən yayınması namazı batil edirmi?

    19.06.2021
Sual: 
Salam Men Namaz qilarken tez-tez gözüm başqa yerlere yayinir en çoxda secdeden qalxarken bu namazı pozurmu? Ne qeder gözümü secde etdiyim yerden ayirmamaga calişsamda yayinir yayindigini hiss eliyen kimi gözümü secde etdiyim yere çevirirem bu hall meni cox narahat edir. Birde namaz qilarken bir sozu ve ya cumleni iki defe demek namazi pozur?yeni birinci cumleni veya sozu deyerken sehv demişikse veya dediyimiz halda ele bilmişik dememişik ikinci defe demek olar?
Cavab: 
Və aleykum Salam. Namaz qılan insan namazda fikrinin yayınmaması üçün səcdə etdiyi yerə baxmalıdır. İnsanın namazda qeyri-ixtiyarı etdiyi hərəkətlər namazı batil etmir. Amma çalışmaq lazımdır ki, bu hərəkətlər çox və davamlı şəkildə olmasın, çünki bu, namazın savabını azaldır. 
Namazın sözlərini dediyiniz halda demədiyinizi düşünmək şeytanın vəsvəsəsidir. Çalışın vəsvəsələrə fikir verməyərək namaza davam edəsiniz. Həmçinin oxuyun:
Paylaş: