Cadu ilə qisməti bağlaya və ya övlad payını silə bilərlərmi?
Sual:
Salam. Mene cox agir cadular olunub ve menim bextimi taleyimi baglayiblar. Cadu ile qismeti baglaya bilerlermi.cadu ile allahdan gelen ovlad payini qismetimnen sile bilerlermi ? Cox sagolun
Cavab:
Va aleykum salam. Cadu insana müəyyən zərər verə bilsə də, Uca Allahın insana yazdığı qismət, ruzi və ya övlad payını silə bilməz. Sadəcə cadudan qorunmaq üçün şəriətin buyurduğu düzgün səbəblərdən tutunmaq lazımdır. Huzeyfə (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayağa qalxaraq insanları çağırıb dedi: "Mənə tərəf gəlin!" Onlar Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yaxınlaşıb oturdular. O buyurdu: "Bu (gələn), aləmlərin Rəbbinin elçisi Cəbraildir (Allahın ona salamı olsun). O mənə vəhy etdi ki, heç bir kəs ruzisi tamamlanmamış ölməz, hətta geciksə belə. Allahdan qorxun və ruzi axtardıqda halalını axtarın. Ruzinin gecikməsi onu Allaha asiliklə əldə etməyə sizi vadar etməsin. Həqiqətən, Allah yanında olanı (Allahın nemətlərini) yalnız Ona itaət etməklə əldə etmək olar" (əl-Bəzzar, 2914). Həmçinin oxuyun: