Namazda ikən qarnından yel çıxmasından şübhələnən nə etməlidir?
Sual:
salam men destemaz aldim sonra namaza bashlayanda sanki hiss eledimki gaz chixib ama ama goxu ses hiss etmedim.namazimi gildim.indi shubhe icindeyem namazim batildir yoxsa yox
Cavab:
Və aleykum Salam. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasında özündən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər verdikdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxmasın!" (Səhih əl-Buxari, 137). Odur ki, namazınız səhihdir və narahat olmağa əsas yoxdur. Həmçinin oxuyun: