Namaz qılarkən daxildən gülməyin gəlməsinə səbəb nədir?

    28.04.2021
Sual: 
Salam. Namaz qilmaq isteyirem qilmaq isteyende sozlerini deyende daxilden gulmek gelir ve ozumu saxlaya bilmire bu neye gore bele olur ne etmeliyem?
Cavab: 
Va aleykum Salam. Namaz qılan Uca Allahın qarşısında dayandığını hiss etməli, Allahın onu gördüyünü və eşitdiyini  düşünməlidir. Uca Allah buyurur: "Qüdrətli və Rəhmli ola­n Allaha tə­vək­kül et! O səni namaza du­ran­da da gö­rür, səcdə edənlər içində hə­rəkət edəndə də. Həqiqətən də, O, Eşi­dəndir, Bi­ləndir!" (əş-Şuəra, 217-220).
Belə hallar şeytanın vəsvəsəsidir. Siz namaz qılmağa davam edin və buna fikir verməyin. Çalışın Quran ayələrinə qulaq asın və Quran ayələrindən bildiklərinizi oxuyun. Həmçinin, Allaha dua edin ki, sizi bu vəsvəsədən uzaqlaşdırsın. Şeytan müxtəlif yollarla namaz qılan insana mane olmağa çalışır. Belə hal hiss etdikdə və ya vəsvəsə gəldikdə şeytanın şərindən Allaha sığınaraq "Əuzu billəhi minəş-şeytanir-racim" (Məlun şeytanın şərindən Allaha sığınıram) deyin və sol tərəfə yüngülcə tüpürün. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: