Qadından mehr miqdarı soruşulmadan kəsilən kəbin səhih sayılırmı?
Sual:
Salam. Kebin kesdirerken qadindan ne istemesi soruşulmayibsa bu kebin keçerlidirmi?
Mehr kebin kagizinda qeyd olunur mu?
Cavab:
Aleykum salam. Mehr vermək kəbinin şərtlərindən olmasa da vacibdir. Kəbin kəsilərkən mehr qeyd olunmayıbsa və ya qadından soruşulmayıbsa yenə də kəbin səhih sayılır. Bu halda qadına düşən mehrin miqdarı adətən başqa qadınlara verilən mehr miqdarında olur. Mehr kəbin kağızına qeyd olunmaya da bilər. Həmçinin oxuyun: