Namaz qılan qadın dırnağına lak çəkə bilərmi?

    10.11.2021
Kimdən: 
Bilinmeyen
Sual: 
Salam mən bilməkmistəyirəm namaz qılan dırnağa lak çəkə bilərmi hərə başqacür deyir.Mən namaz qılıram namazla bağlı hər şeyi olmasada çox şeyi bilməliyəm
Cavab: 
Va aleykum Salam. Qadınlar öz məhrəmləri yanında dırnaqlarına bəzək və zinət məqsədi ilə lak vura bilərlər. Xüsəsən də ailəli qadınların öz həyat yoldaşları üçün bəzənməsi bəyənilən əməldir. Amma nəzərə almaq lazımdır ki, lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz vaxtı onu təmizləmək lazım gələcək. Çünki dırnağa çəkilən lak dəstəmaz suyunun dırnağa dəyməsinə mane olur və belə halda dəstəmaz sayılmır. Dəstəmazsız isə namaz batildir. Odur ki, namaz qılan qadın bunu nəzərə almalıdır. Lakin heyz olan vaxt qadınlar dəstəmaz alıb namaz qılmadıqlarına görə heyzdən təmizlənənə qədər lak vura bilərlər. Daha ətraflı: Laklı halda namaz qılmaq namazı batil edirmi?
Paylaş: