Laklı halda namaz qılmaq namazı batil edirmi?

    08.08.2014
Sual: 
salam aleykum.men bilerekden 1gun erzinde namazlarmi dirnagda lak olaraq qilmiwam. Namazim batildirmi? Dirnagimdaki laki silmek ucun aseston tapa bilmedim. Ona gore mecbur oldum. Bacim ise bele olanda namaz qilmir. Deyir onsuz namazim sayilmir. Hemin vaxt umumiyyetle namazi terk edir. Men ise terk ede bilmirem. Su yoxdusa,torpaqla aliram destemaz. Torpaq da yoxdusa tozla. Namazimi qilmamaq bu mene daha cox pis gelir. Hansimiz duzgun etmishik? ALLAH elminize bereket versin. Amin
Cavab: 

Aleykum salam. Ümumiyyətlə şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq namazı batil etmir. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları mütləq silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz. Çünki lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz vaxtı onu təmizləmək vacibdir. Qüsl və ya dəstəmazdan sonra yenə də lak vura bilərsiniz. Qeyd etdiyiniz təmizləyici maddə tapa bilmirsinizsə, başqa təmizləyici vasitələrdən istifadə edin. Amma buna görə namazı tərk etmək və ya toz-torpaqla dəstəmaz (təyəmmüm) almaq qətiyyən düzgün deyildir. Daha ətraflı:
Əgər din asandırsa, niyə hər dəfə dəstəmaz aldıqda dırnaqdan lak silinməlidir?
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Paylaş: