Bir insanın əziyyət çəkərək ölməsi onun pis adam olması deməkdirmi?

    29.07.2021
Kimdən: 
Melek
Sual: 
Xestexanada panpersde necisde qanli olurse Adam agzindan qan axirsa bu pis insandi? Ve son sozunu deye bilmirse? Lut paltarsiz olurse ruhu ele qalacaq? Ve yaxsi insan olub niye ele rehmete gedib? Ac susuz? Yuxuda ruh nese deyirse onu edib xeyrin gordumse demek ki? Onlar bizi gorur. Cun ki, rehmete geden Adam ele soz deyib ki, onu yalniz ikimiz bilirdik. Niye ruh gelib aglayir yuxuda? Ve hekimlerin sehvinden olurse insan buda yazidi? Yoxsa sef? Cox xayis hamsina cavab veresiz? Ve ozunu olduren qovusarmi ezizine?
Cavab: 

Və aleykum Salam. Bir insanın əziyyət çəkərək, xəstəlikdən ölməsi heç də onun pis adam olması anlamına gəlmir. Həmçinin bir insanın rahat, yuxuda və s. bu kimi əziyyətsiz şəkildə ölməsi də, onun yaxşı insan olmasına dəlalət etmir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, "Mömin insan alın təri ilə (məşəqqət çəkərək) ölür" (əl-Mustədrək, 1333). Hətta Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) vəfat edərkən də müəyyən qədər əziyyət çəkmişdir. Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfatını belə vəsf etmişdir: "Pey­ğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qaba­ğında bir qab (yaxud bir cam) su var idi. O, əllərini suyun içinə salır, son­ra yaş əlləri­ni üzünə sürtüb deyirdi: "Lə ilahə illəllah! Həqi­qətən də, ölü­mün bihuşluğu vardır". Sonra əlini qaldırıb: "(Allahım, məni) uca dost­la­ra (qovuşdur)!"– deməyə başladı. Nəhayət, ruhu bədənindən çıxdı və əli ya­nı­na düşdü". (Səhih əl-Buxari, 4449). Həmçinin oxuyun:
Möminin və kafirin ölümü
İnsan ölərkən ruhu görünə bilərmi?

Ruhların insanları görməsinə gəlincə, bu, qeyb aləmidir, ruh barədə bizə çox az elm verilmişdir. Həmçinin yuxu da qeybi məsələdir. Daha ətraflı:
Yuxular çin çıxırmı?
Ruh haqqında
Ruhlar insana toxuna bilərmi?

İnsan həkimlərin səhvi ucbatından ölmüş olsa belə, bu Uca Allahın qəza və qədəri ilə olur. Özünü öldürmək isə insanı Cəhənnəmə aparır. Daha ətraflı:
İntihar etməyin günahı
Qəza və Qədər nə deməkdir?

Teqlər: 
Paylaş: