Universitetə təkrar hazırlaşmaq üçün həvəsimi necə artırım?

    10.11.2021
Kimdən: 
Zehra
Sual: 
Salam . Size 1-2sualim olacqdi zehmet olmasa cavabalandirardiz .1) Demli men uniye hazrlasdim ama qebul olmadım tessufki indide tezden hazrlasmaga heves yoxdu ne edm ki hevesim.olsun ders oxumaga 2 sualm menm dostumun sevgilisi var oğlan qiza Elçi geldi ama anası qizinin hemin oğlana yarasmadigini dedi ve vermir qizin oğlanın çirkin kldugun fikirlesr 2 de namaz qilandi bunun ucun dua varmı cavalandirsaniz Cox sevirenem
Cavab: 

Və aleykum Salam.

1. İmtahanda yaxşı nəticə əldə etmək üçün əvvəl çox çalışmaq, sonra isə Allaha dua edib Ona təvəkkül etmək lazımdır. Məqsədinizə çatmaq üçün zəifləməyin, çalışmaqda davam edin. Hər işdə bir xeyir var. Uca Allah buyurur: "Ola bil­sin ki, sev­mədiyiniz bir şey si­zin üçün xeyirli, sevdi­yi­niz bir şey isə sizin üçün zə­rərli olsun. Allah bilir, siz isə bunu bilmir­si­niz" (əl-Bəqərə, 216). Odur ki, ruhdan düşməyin, növbəti il yenidən cəhd edin. Ola bilsin həmin il qəbul olmamağınızda Uca Allah sizə bir xeyir nəzərdə tutub. Daha ətraflı: Universitetə qəbul olmaq üçün dərslərə hazırlaşmağa həvəsimi necə artırım?

2. Qeyd etdiyiniz məsələ üçün xüsusi bir dua yoxdur. İnsan Uca Allaha öz sözlərilə dua edib Allahdan xeyirli həyat yoldaşı istəməlidir. Həmçinin, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə hallarda İstixarə namazını qılmağı buyurmuşdur. Daha ətraflı: 
İstixarə namazı necə qılınır?
Teqlər: 
Paylaş: