Evdə qayınata və qayınana olduğu üçün qüsl ala bilmirəm, təyəmmüm edə bilərəmmi?

    09.02.2021
Kimdən: 
Ayla
Sual: 
Salam. Evde qaynana qaynata olduğunan hər defe qüsul ala bilmirəm teyayum alıb namaz qla bileremmi?
Cavab: 
Va aleykum Salam. Uca Allah qullarına cunub olduqları halda qüsl etməyi əmr edərək buyurur: "Əgər cunub olmusunuzsa, qüsl edin". (əl-Maidə, 6). Həmçinin eyni ayənin davamında bildirmişdir ki, su olmadıqda və ya xəstə olduqda qüsl əvəzinə təyəmmüm almaq olar: "Əgər xəstə və ya səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəlibsə və ya qadın­la­rla yaxınlıq etmisinizsə, su tapma­sa­nız, tə­miz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün". Qayınana və qayınatadan həya edərək qüsl almağı tərk etmək olmaz. Düzdür, dinimiz buyurur ki, həya imandandır, lakin əgər həya Allahın əmrini tərk etməyə səbəb olarsa, bu həya bəyənilmir. Daha ətraflı:
Teqlər: 
Paylaş: