Əhli-sünnə namazına aid beş səbəb lazımdır

    27.04.2014
Sual: 
Salam aleykum. Qardaş bir baci əhli-sunne namazi qilmaq istəyir. Amma ixlitafdadir. Mene sual verdi ki, ehli sunne namazina aid beş sebeb deyim. Duzu tam caavblandira bilmedim. Allah rizasi uchun siz caavblandirardiniz. Yeni qardaş ancag namaza aid beş sebeb isteyirdi.
Cavab: 

Aleykum salam. Siz onu başa salmağa çalışın ki, hər bir müsəlman bütün ibadətləri Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi etməlidir: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).
"Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin". (əl-Həşr, 7).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır". (əl-Əhzəb, 36).

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğundan əlavə yeniliklər etmək böyük günahdır. Uca Allah buyurur: "...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl -Məidə, 3).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "(Dində) Yeniliklərdən çəkinin, şübhəsiz ki, hər bir yenilik bidət, hər bir bidət isə zəlalət, hər bir zəlalət isə cəhənnəm odundadır".
O həmçinin demişdir: "Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur". (əl-Buxari, 2697). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: