Namazın sözlərini tez-tez demək günahdırmı?
Sual:
Salam aleykum. Namaz qilarken namazin sozlerini tez-tez demek gunahdirmi? Birde ki, 2-ci sualim. Ushagin ustunden ozum Ayetul Kursini yazib asa bileremmi?
Cavab:
Aleykum salam. Namazın sözlərini tələm-tələsik demək olmaz. Bu, namazı batil edə bilər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən Uca Quranı nazil etdiyi kimi oxunmasını sevər". (əl-Buxari və Muslim). Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qiraəti (oxumağı) barədə soruşulduqda belə demişdir: "Onun qiraəti hərf-hərf idi". (Yəni, hərf-hərf sayıla biləcək qədər aydın idi)". (Səhih Muslim).
Ümumiyyətlə, namazda nə onun sözlərində, nə də hərəkətlərində tələsmək olmaz. Namaz rahat bir şəkildə tam mütiliklə qılınmalıdır. Daha ətraflı: Namazda fikrin qarışmaması üçün nə etməli?
Ümumiyyətlə, namazda nə onun sözlərində, nə də hərəkətlərində tələsmək olmaz. Namaz rahat bir şəkildə tam mütiliklə qılınmalıdır. Daha ətraflı: Namazda fikrin qarışmaması üçün nə etməli?
Ayətul-Kursini yazıb uşağın üstündən asmağa gəldikdə isə bunu etmək qadağandır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) Quran ayələrini insanlara öyrədərkən onları yazıb insanın üzərinə asmağı buyurmamışdır. Əksinə o, insanlara ayələri, zikr və duaları əzbərləməyi və söyləməyi buyurmuşdur. Bu cür əməllər sonradan dinə gətirilən bidətdir (yenilikdir).