Namazda səhv deyilən cümləni təkrar etmək günah sayılırmı?

    11.11.2021
Kimdən: 
Nazli..
Sual: 
1) Sureleri ve duaları ezberlemeye çalışıram ve tam ezberliyene kimi sehv deyirem ve cumle cumle bölüb ezberliyirem bu sehv ve gunahdir? 2)Dini biliyin olmaması sebebinden deyilen her şeye inanib hetta şirke düşmek sonra tövbe etmek günah sayılır? 3) namazdayken iqame ve süreleri deyerken 1 cumleni sehv desem ve yeniden o cumleni tekrardan desem sehv sayılır?
Cavab: 

Əssələmu aleykum.

1) Namazın sözlərini və bəzi duaları qeyd etdiyiniz kimi əzbərləyə bilərsiniz. Digər Quran surələrini isə ərəb dilində oxumağı öyrənərək oxusanız daha yaxşı olar, çünki ərəb dilində olan bəzi hərflərin dilimizdə qarşılığı yoxdur. Ətraflı oxuyun:


2) Əvvəla bunu qeyd edək ki, din adından danışan hər kəsə inanmaq doğru deyil. Dini yalnız dini bilən adamdan götürmək lazımdır. Muhəmməd ibn Sirin (Allah ona rəhmət etsin) demişdir: "Həqiqətən bu elm dindir və dininizi kimlərdən götürdüyünüzə diqqət edin". 

Tövbə özündən əvvəlki günahları sildiyi üçün şirk olsa belə bir günahdan səmimi qəlbdən tövbə edən adam sanki bu günahı etməmiş kimidir. Ətraflı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?


3) Namaz qılarkən və ya iqamə deyərkən səhv deyilən cümlələri təkrar demək icazəlidir. Ətraflı oxuyun: Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?

Paylaş: